SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Atalara ödənişli məzuniyyət verilməsi təklif olunur – Ekspertlər dəstək

Atalara ödənişli məzuniyyət verilməsi təklif olunur – Ekspertlər dəstək

Uşaq dünyaya gəldikdə ilk diqqət və qayğı adətən ana üzərində cəmləşir.

Yurd.Media xəbər verir ki, ailədə yalnız ananın deyil, atanın da rolu və dəstəyi vacibdir. Hazırda Azərbaycanda atalara həyat yoldaşlarının doğuşu ilə bağlı 14 gün müddətində ödənişsiz məzuniyyət verilir. Lakin bu məzuniyyətin ödənişsiz olması səbəbindən bir çox atalar bu hüquqdan istifadə edə bilmirlər, çünki bu, ailənin maddi vəziyyətinə mənfi təsir göstərir.

Mövzu ilə bağlı "İctimai Tv"-yə danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib ki, atalara verilən bu məzuniyyətin ödənişli olması ilə bağlı təkliflər gündəmdədir. Onun sözlərinə görə, bu dəyişiklik həm ailədaxili yükün bölüşdürülməsinə, həm də uşağın valideynləri ilə daha çox vaxt keçirməsinə imkan yaradacaq:

Seymur Məmmədov  vurğulayıb ki, Azərbaycanda da bu istiqamətdə qanunvericilik dəyişiklikləri təklif səviyyəsindədir. Əgər təklif qəbul olunarsa, atalara 14 gün müddətinə ödənişli məzuniyyət verilməsi mümkün olacaq.

O bildirir ki, məzuniyyətin ödənişli olması ailələrə həm maddi, həm də mənəvi dəstək olacaq, ataların uşaqlarla daha sıx əlaqə qurmasına şərait yaradacaq və ana üçün doğuşdan sonrakı dövrdə mühüm dəstək olacaq.

Hazırda bu məsələ Əmək Məcəlləsinin 130-cu maddəsində əks olunub, lakin məzuniyyətin ödənişsiz olması səbəbilə praktikada bu hüquqdan istifadə aşağı səviyyədədir. Ekspertlər həmçinin vurğulayırlar ki, ataların ailədə yalnız qazanc gətirən şəxs kimi deyil, həm də uşağa qayğı göstərən valideyn kimi tanınması üçün maarifləndirmə və təşviqat işləri aparılmalıdır.

Qeyd edək ki, İsveçin bu sahədə 30 ilə yaxın təcrübəsi var. Orada atalara 48 günə qədər ödənişli məzuniyyət verilir və bu müddət ərzində əməkhaqqının 100%-ə qədəri saxlanılır. Bu da göstərir ki, dövlət ailə institutunu və ataların uşaqların həyatında aktiv iştirakını dəstəkləyir.