SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Aldığı divan fərqli rəngdə çıxdı: Kontakt Home vitrindəki projektor işıqla əlaqələndirdi - FOTO

Aldığı divan fərqli rəngdə çıxdı: "Kontakt Home" vitrindəki projektor işıqla əlaqələndirdi - FOTO

  • 31 iyul 2025, 12:41
Bakı

Bakıda yerləşən məşhur mebel və məişət texnikası satıcısı "Kontakt Home"un Xalqlar Dostluğu filialında müştəri aldığı divanın sifariş etdiyi rəngdə olmadığını aşkar edib.

Yurd.Media xəbər verir ki, Nərgiz Qasımzadə adlı istifadəçi sosial şəbəkə hesabında paylaşım edərək mağazada nümayiş etdirilən divan ilə evə çatdırılan məhsul arasında əhəmiyyətli rəng fərqi aşkar edildiyini bildirib.

Şikayətçi bildirib ki, mağazada seçdiyi divan açıq bej rəngində olduğu halda, evə çatdırılan eyni model divan boz rəngdədir:

"Mağazada göstərilən nümunə ilə evə çatdırılan məhsul arasındakı fərq göz qabağındadır. Eyni model olsa da, rəng tonları tamamilə fərqlidir," - deyə şikayətçi qeyd edib.

Müştərinin narazılığına cavab olaraq "Kontakt Home" əməkdaşı vəziyyəti "Eyni divandı. Bizim vitrində projektor işıqdı, ona görə elə görünür" deyə izah edib. Lakin müştəri bu izahatı qəbul etməyib və məsələnin həll olunmasını, ya düzgün rəngli divanın çatdırılmasını, ya da başqa bir həll yolunun təklif edilməsini tələb edib.

Şikayətçi bildirib ki, məsələ həll olunmadığı təqdirdə istehlakçı hüquqlarını qorumaq üçün müvafiq dövlət orqanlarına müraciət edəcək.

Prime Leasing