SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağdaş sakinləri elektrik təsərrüfatının yenilənməsi və küçələrin təmir olunmasını gözləyir

Ağdaş sakinləri elektrik təsərrüfatının yenilənməsi və küçələrin təmir olunmasını gözləyir

Ağdaş

Ağdaş sakinləri elektrik təsərrüfatının yenilənməsi və küçələrin cari və əsaslı təmirini gözləyir.

Yurd.Media xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin vətəndaş qəbulu zamanı sakinlərin qaldırdıqları məsələlər əsasən bununla bağlı olub.

Rayon sakinləri həmçinin icarəyə torpaq sahəsinin verilməsi ilə bağlı müraciətlərini də səsləndiriblər.

Qeyd olunub ki, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub.

"İcrası üçün vaxt və aidiyyatı araşdırma tələb olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara müraciət etdikləri ayrı-ayrı məsələlərlə bağlı qanunvericiliyə uyğun izahatlar da verilib", - İcra Hakimiyyətindən bildirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları