SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başladı

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başladı

  • 01 avqust 2025, 19:33
Ağdam

Ağdam rayonunun Quzanlı qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, Mərkəz ay ərzində 50-dək uşağa xidmət göstərəcək, eyni zamanda xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.

Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.

Mərkəzdə uşaqların həm fərdi, həm qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlbi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda ölkə üzrə Sosial Xidmətlər Agentliyinin 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.

Prime Leasing