SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağdamda 747 nəfər işlə təmin olunub

Ağdamda 747 nəfər işlə təmin olunub

  • 02 iyun 2025, 15:26
Ağdam

Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinlərindən 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlardan 747 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb olunub.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Prime Leasing