SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağcabədililər üçün məşğulluq imkanları müzakirə olunub

Ağcabədililər üçün məşğulluq imkanları müzakirə olunub

Ağcabədi

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən Ağcabədi rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Peşə Hazırlığı Mərkəzinin əməkdaşları, eləcə də dövlət və özəl sektoru təmsil edən ümumilikdə 11 işəgötürən iştirak edib.

Görüş zamanı Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində təqdim edilən xidmətlər barədə işəgötürənlərə geniş məlumat verilib, mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işlə təmin olunmaqda çətinlik çəkən şəxslərin məşğulluğunun artırılması məqsədilə tətbiq edilən kvota sistemi, sosial iş yerlərinin təşkili, əməkhaqlarının müəyyən hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydaları barədə iştirakçılar məlumatlandırılıb. Həmçinin əmək yarmarkalarının təşkili və işsiz şəxslər üçün peşə hazırlığı kurslarının keçirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Agentliyin müxtəlif proqram və layihələrindən yararlanan işəgötürənlərin təklif və rəyləri dinlənilib, gələcəkdə bu imkanlardan istifadə ilə bağlı müzakirələr aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları