SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağcabədililər su problemindən əziyyət çəkir: Bəhanələrlə bizi yola verirlər

Ağcabədililər su problemindən əziyyət çəkir: "Bəhanələrlə bizi yola verirlər"

  • 10 iyun 2025, 00:14
Ağcabədi

Ağcabədi rayonunun Poladlı kənd sakinləri uzun müddətdir davam edən su problemi ilə üz-üzədir.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, onların sözlərinə görə, kəndin böyük hissəsinə illərdir su verilmir. Sakinlər bildirirlər ki, ərazidə su quyusu qazılıb, elektrik xətti çəkilib, su çənləri də mövcuddur.

Lakin bütün infrastruktur olsa da, xətləri birləşdirərək suyu evlərə ötürəcək qurum tapılmır.

Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, hələlik heç bir nəticə əldə edilməyib.

"Sudan çox korluğumuz var, zülm çəkirik. Dörd ildir quyu hazırdır, ancaq istifadəyə vermirlər. Bəs biz nə edək?!", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi açıqlama verərək problemin onlarda da qeydə alındığını, lakin yaxın zamanda həllinin gözlənilmədiyini bildirib.

Ətraflı süjetdə:

Prime Leasing