SÜJET
"Pinterest" şirkəti Böyük Britaniya, ABŞ və Kanadada qadın geyimi üzrə fərdiləşdirilmiş vizual axtarış funksiyasını təqdim edib.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, süni intellektə əsaslanan bu yenilik istifadəçilərə şəkillər üzərindən üslub və məhsul axtarışını daha intuitiv şəkildə aparmağa imkan verir.
Yeni “refinment bar” və “animasiya parıltı” funksiyaları ilə istifadəçilər bəyəndikləri geyimlərin bənzərlərini taparaq birbaşa alış-veriş edə biləcəklər.