Yüksək şəkərin qadın və kişilərə təsiriləri - ən çox verilən SUALLARA CAVAB

Yüksək şəkərin qadın və kişilərə təsiriləri - ən çox verilən SUALLARA CAVAB

Diabet və prediyabet (qlükozaya qarşı tolerantlığın pozulması) insanın həyat keyfiyyətinə təsir etsə də, düzgün nəzarətlə sağlam ailə həyatı qurmaq və övlad sahibi olmaq mümkündür.

Yurd.Media bu mövzuda ən çox verilən suallar və miflərə aydınlıq gətirir.

1. Kişilərdə diabet sonsuzluğa səbəb olurmu?

Bəli, şəkərli diabet kişilərdə reproduktiv sağlamlığa bir sıra təsirlər göstərə bilər. Bu xəstəlik sperma keyfiyyətini aşağı sala, testosteron səviyyəsini azalda və hormonal disbalansa səbəb ola bilər. Bundan əlavə, sinir uclarının zədələnməsi eyakulyasiya və ereksiya pozuntularına yol aça bilər.

Lakin bu halların heç biri kişilərin ata olmasına tam maneə deyil. Müasir reproduktiv texnologiyalar sayəsində ən sağlam spermatozoidlər seçilərək süni mayalanma ilə övlad sahibi olmaq mümkündür.

Sağlam qidalanma, vitamin-mineral balanslı dieta, zərərli vərdişlərdən imtina və fiziki aktivlik sperma keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Oturaq həyat tərzi və artıq çəki isə sperma hərəkətliliyini və miqdarını azaldır. 2023-cü ildə Avropa alimlərinin apardığı metatəhlilə əsasən, diabetli kişilərdə sonsuzluq halları 35%-dən 51%-ə qədər dəyişir.


2. Diabet irsi xəstəlikdirmi?

Diabetin bəzi formaları genetik meyilli olur. 1-ci tip diabetli bir ailədə ikinci uşağın da bu xəstəliyə tutulma ehtimalı təxminən 10%-dir. 2-ci tip diabet isə irsi yolla ötürülə bilər.

Risk faktorları bunlardır:

Yüksək xolesterin

Ürək-damar xəstəlikləri

45 yaşdan yuxarı olmaq

Fiziki passivlik

Artıq çəki

Hamiləlik diabeti və ya iri körpə doğumu

Arterial hipertenziya (Qan təzyiqi >140/90 mmHg)

Lakin irsi meyllilik hələ xəstəliyin qaçılmaz olacağı demək deyil — düzgün həyat tərzi və mütəmadi müayinələrlə risklər minimuma endirilə bilər.


3. Diabetli qadınlarda reproduktiv risklər varmı?

Əgər qadında hamiləlik planlamasından əvvəl diabet aşkarlanarsa, həkim nəzarəti altında xüsusi diqqət tələb olunur. Diabet qadınlarda libidonun və təbii sürüşkənliyin azalmasına, qan dövranı və sinir tənzimində problemlərə səbəb ola bilər. Sonsuzluğa gətirib çıxaran yumurtalıq polikistozu da diabetlə sıx əlaqəlidir. Bu səbəbdən vaxtında diaqnostika və nəzarət vacibdir.


4. Prediyabet diaqnozu hökm deyil

Prediyabet erkən mərhələdə aşkarlandıqda dəyişikliklərə vaxtında reaksiya vermək mümkündür. Bədən çəkisinin 7–10% azaldılması və aktiv həyat tərzi həm diabet riskini azaldır, həm də reproduktiv sağlamlığa müsbət təsir göstərir.

Müasir preparatlar toxumaların insulina həssaslığını artırmaqla qlükozanı normallaşdırmağa və qan dövranı pozuntularının qarşısını almağa kömək edir. Dilaltı istifadə olunur və gündəlik nəzarət üçün əlverişlidir.

Qeyd edək ki, diabet və ya prediyabet diaqnozu ailə qurmağa və övlad sahibi olmağa mane deyil. Əsas olan şəkər səviyyəsini və bədən çəkisini nəzarətdə saxlamaq, sağlam həyat tərzinə riayət etmək və həkim tövsiyələrinə əməl etməkdir.