SÜJET
İnsanların ömrünü uzadacaq və qocalıqlarında daha sağlam yaşamağa imkan verəcək həyat tərzi vərdişlərinin əhəmiyyəti günü-gündən artır.
Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oksford Universiteti alimləri ətraf mühit faktorlarının və həyat tərzinin genetik faktorlardan 10 dəfə daha təsirli olduğunu açıqlayıblar.
Uzunömürlülük elmi inkişaflar və şüurlu həyat tərzi dəyişiklikləri ilə insanlara sağlam qocalmada yol göstərən əhəmiyyətli bir yanaşmadır.
Uzunömürlülüyün sirri son illərdə texnoloji və tibbi inkişaflarla da diqqət çəkib. Vaxt məhdudiyyətli qidalanma və iltihab əleyhinə pəhriz kimi yanaşmalar hüceyrə bərpa proseslərini dəstəkləyərək qocalmanı gecikdirə bilər.
Süni intellektlə dəstəklənən sağlamlıq monitorinqi kimi texnoloji inkişaflar insana da təsir edir. Belə ki, elmi araşdırmalar göstərir ki, genetik faktorların ömür uzunluğuna təsiri təxminən 20-30 faiz olduğu halda, ətraf mühit faktorları 70-80 faiz müəyyənedicidir.
Həmçinin mütəxəssislər qeyd edir ki, təhsil səviyyəsi kimi sosial-iqtisadi amillər də qocalmanın sürətinə təsir edə bilər.
Kolumbiya Universiteti tərəfindən aparılan araşdırma yüksək səviyyəli təhsilin bioloji qocalmanı yavaşlatdığını və ömrü uzatdığını açıqlayıb.