SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ticarət şəbəkələrindən 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb

Ticarət şəbəkələrindən 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb

  • 17 iyul 2026, 13:07

Bu il ərzində ticarət şəbəkələrindən 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb

Yurd.Media-nın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib ki, Bu ilin altı ayında 316 müəssisənin fəaliyyəti ciddi nöqsanlara görə məhdudlaşdırılıb.

Onun sözlərinə görə, cari ilin altı ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib:

"Nəticədə ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub). Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti məhv edilib).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları