Səhiyyə Nazirliyi “Kəpəz Hospital” klinikasında plandankənar yoxlama aparıb.
Yurd.Media-nın əldə etdiyi xəbərə görə, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kəpəz Hospital” klinikasında plandankənar yoxlama zamanı sertifikatsız tibb mütəxəssislərinin praktik tibb fəaliyyət ilə məşğul olması faktı aşkar edilib.
Aşkar olunmuş pozuntu ilə bağlı Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən tibb mərkəzi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
“Kəpəz Hospital” klinikasının barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Lakin, məhkəmədə klinika barəsində yazılmış protokol əsassız sayılaraq ləğv edilib.