SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Səhiyyə naziri ölkədə plastik cərrahiyyə ilə bağlı durumu açıqladı

Səhiyyə naziri ölkədə plastik cərrahiyyə ilə bağlı durumu açıqladı

  • 26 fevral 2026, 13:09

Səhiyyə naziri Teymur Musayev ölkədə plastik və estetik cərrahiyyə ilə bağlı durumu açıqlayıb.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb.

Nazir xatırladıb ki, plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib və siyahı genişlənməyə davam edir.

Onun sözlərinə görə, səhiyyə sahəsində mərhələli şəkildə islahatlar aparılır, kadr siyasəti ciddi islahatlara məruz qalmalıdır:

"Bölgələrdə kadr çatışmazlığı ilə bağlı nazirlik, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işçi qrupu yaradılıb. Hazırda bununla bağlı tədbirlər davam etdirilir, mütəmadi görüşlər keçirilir".

Eyni zamanda T.Musayev qeyd edib ki, özəl tibb müəssisələrində onkoloji yardım həyata keçirmək üçün xüsusi və ciddi tələblər hazırlanıb.

Nazir xatırladıb ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları