SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ramazan ayında niyə məhz xurmaya üstünlük verilir?

Ramazan ayında niyə məhz xurmaya üstünlük verilir?

  • 19 mart 2026, 22:03

Ramazanda süfrəmizdən əskik etmədiyimiz xurmanın tərkibində lif olduğu kimi kalium, maqnezium, mis və B vitaminləri də mövcuddur. Tərkibindəki bu vitamin və minerallara görə xurma “şəfalı meyvə” kimi xarakterizə edilir. Xurma yüksək vitamin tərkibli olduğu üçün xüsusi ilə Ramazan ayında ona üstünlük verilir. Hesablamalara görə 3 ədəd xurmada orta hesabla 60 kilokalori var.

Yurd.Media tibbi saytlara istinadən bildirir ki, qidalanma və pəhriz mütəxəssisləri xurmanın yüksək şəkər tərkibli qida olduğu üçün şəkər xəstəliyindən əziyyət çəkənləri bu “şəfalı meyvəni” qəbul edərkən onun sayına diqqət yetirməyə çağırır. Şəkər xəstəliyindən əziyyət çəkənlərin xurma yedikdən sonra qatıq, fındıq yaxud da qoz yeməyi də tövsiyə edilir.

Xurmanın sağlamlığa olan faydasından danışan mütəxəssis bildirib ki, xurma metabolizmi gücləndirir, başağrısına qarşı effektlidir, qəbizlikdən qoruyur, əzələ ağrılarının aradan qaldırılmasına kömək edir, sümükləri gücləndirir, dərini gözəlləşdirir. Bundan əlavə xurma pəhriz saxlayanlar üçün də əvəzolunmaz meyvədir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları