SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ramazan ayında iftar yeməyi hissələrə bölünməlidir - İZAH

Ramazan ayında iftar yeməyi hissələrə bölünməlidir - İZAH

  • 18 mart 2026, 23:38

Ramazan ayında iftardan sonra mədəni birdən-birə çox yükləmək olmaz.

Yurd.Media-nın məlumatına görə, bununla bağlı həkim-terapevtlər xəbərdarlıq edir.

Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkərin yüksəlməsi ilə nəticələnə bilər. Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır.

Oruc tutanlarda gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları