SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qaynadılmış sümük suyunun zərərləri: allergiya, böyrək daşı, yüksək təzyiq...

Qaynadılmış sümük suyunun zərərləri: allergiya, böyrək daşı, yüksək təzyiq...

Sümük suyu yüksək qida dəyəri və sağlamlığa faydaları səbəbindən mətbəxlərdə geniş istifadə olunan ənənəvi bir inqrediyentdir. Mərci şorbası, kəllə-paça və toy şorbası kimi ənənəvi şorbalar, ət suyu ilə bişirilən tərəvəzli və ya toyuqlu plovlar sümük suyunun ən çox istifadə edildiyi yeməklər arasındadır.

Lakin onun insan orqanizminə fayda ilə yanaşı zərər də verə biləcəyi müəyyənləşib.

Yurd.Media” Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, heyvan sümüklərində qurğuşun kimi ağır metallar ola bilər, onların da orqanizmdə toplanması sağlamlıq üçün ciddi risklərə yol aça bilər. Qeyd olunur ki, sənaye üsulu ilə yetişdirilən heyvanlarda bu maddələr daha çox toplanır.

Eyni zamanda uzun müddət qaynadılan sümük suyu yüksək miqdarda histamin ifraz edir ki, bu da allergik reaksiyalara səbəb ola bilər.

Sümük suyunun yüksək mineral tərkibi böyrək xəstələri üçün də risk daşıyıcısıdır. Xüsusilə, həddindən artıq kalsium qəbulu böyrək daşı əmələ gəlməsinə səbəb ola bilər.

İlikli sümük suyunun kollagen və jelatin baxımından zəngin olması bəzi insanlarda mədə narahatlığı, köp və ya ishal kimi həzm problemlərinə səbəb ola bilir. Həmçinin sümük suyu adətən duz əlavə edilərək hazırlandığına görə həddindən artıq qəbul edildikdə yüksək təzyiq riskini artıra bilər. Buna görə də sümük suyuna əlavə edilən duz miqdarı diqqətlə tənzimlənməlidir.

Beləliklə, ilklikli sümük suyu yalnız miqdarında istifadə etdikdə faydalı qida ola bilər.

Prime Leasing