SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Premium Food Baku”nun məhsulunda kif və maya göbələkləri aşkarlandı - FOTO

“Premium Food Baku”nun məhsulunda kif və maya göbələkləri aşkarlandı - FOTO

  • 27 iyul 2026, 18:56

“Premium Food Baku” şirkətinin ölkəyə gətirdiyi panko məhsulunda kif və maya göbələkləri aşkarlandı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Çindən idxal olunan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bildirilib ki, “Premium Food Baku” MMC tərəfindən idxal olunan məhsul "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olub.

"Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib", - məlumatda vurğulanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları