 
 
            Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi USM (ultrasəs müayinəsi) cihazlarının alınmasına 2,47 milyon manat xərcləyəcək.
Yurd.Media xəbər verir ki, bununla bağlı "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən elan edilən tenderin nəticələri məlum olub.
Qalib şirkət “Medsol” MMC olub, müqaviləyə əsasən, şirkətə 2 milyon 470 min 555 manat ödəniş ediləcək.
Qeyd edək ki, “Medsol” MMC 2013-cü ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 24 milyon manat, qanuni təmsilçisi isə Salmanov Qabil Nazim oğludur. // Valyuta.az