SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Məktəbli çantası skolioza səbəb ola bilər - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Məktəbli çantası skolioza səbəb ola bilər - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Yeni dərs ilinə hazırlıqla bağlı əsas diqqət yetirməli məsələlərdən biri də məktəb çantalarının düzgün seçilməsidir.

"Məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15%-dən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kq normaldır, lakin 5 kq yük təhlükəsiz sayılır. Çanta boş halda yüngül olmalıdır (mümkün qədər 1 kq-dan az). Eyni zamanda, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır. Çanta kürəyin eni qədər və ya bir az dar olmalı, beldən aşağı sallanmamalıdır".

Bunu Yurd.Media-ya açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimov bildirib. O, vuğulayıb ki, çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək:

"Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemlərinə səbəb olataq, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq.
Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.
Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq yükə səbəb olur və ağrı meydana gəlir.

Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq. Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır. Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil".

Travmatoloq-ortoped bildirib ki, valideynlər uşağın çantasını gündəlik yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar.

Prime Leasing