SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Məktəbin ilk günü ağlamaq normaldır - Psixoloq

Məktəbin ilk günü ağlamaq normaldır - Psixoloq

Məktəblərdə dərs zəngi 15 Sentyabrda çalır. Məktəbəqədər tədrisdə isə dərslər 1 Oktyabrda başlayacaq. Məktəb mövsümünün başlaması ilə uşaqların və yeniyetmələrin yaşadığı uyğunlaşma prosesini dəyərləndirən Klinik Psixoloq Ayşe Topak, ailələrə mühüm tövsiyələr verdi.

 Yurd.Media xəbər verir ki, tətildən sonra məktəb rejiminə keçidin hər yaş qrupunda fərqli psixoloji ehtiyacları özü ilə gətirdiyini vurğulayan Topak, valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü söylədi. "Bu prosesdə uşaqlarda həyəcan, narahatlıq, uyğunlaşma çətinliyi kimi reaksiyalar görülə bilər. Ailələrin səbirli və dəstəkləyici yanaşması uşağın məktəb və sosial münasibətlərinin uğurlu nəticələr verməsi baxımından böyük əhəmiyyət daşıyır",- mütəxəssis dedi.  AĞLAMA TUTMALARI  Uşaq bağçası dövründə ayrılma narahatlığının normal olduğunu söyləyən Topak, bunlara diqqət çəkdi: "Uşaq bağçasına başlayan uşaqlar, ilk dəfə valideynlərindən uzun müddətli ayrılır. Bu prosesdə ağlama tutmaları, qarın ağrısı kimi psixosomatik əlamətlər görülə bilər. Bu nöqtədə vidalaşmaların qısa tutulması lazımdır. Uşağa məktəbin təhlükəsiz bir yer olduğu hiss etdirilməlidir. Müəllimlə əməkdaşlıq edilməsi uyğunlaşmanı asanlaşdırır."  DUYGULAR PAYLAŞILMALIDIR  "Uyğunlaşma prosesi bir neçə həftə davam edə bilər. Lakin narahatlıq və uyğunlaşma problemləri uzun müddət davam edərsə, bir mütəxəssisdən dəstək alınmalıdır", - deyə psixoloq vurğuladı.  İBTİDAİ MƏKTƏBDƏ UĞUR NARAHATLIĞI  İbtidai məktəb dövründə uşaqların 'uğur' və 'aidiyyət' anlayışlarını ön plana çıxardığını bildirən Topak, 'Birdən bacara bilmərəm?' narahatlığının tez-tez görüldüyünü ifadə edərək, valideynlərə bu tövsiyələri verdi:  Uşağın səyinə diqqət yetirin, yalnız akademik uğura deyil, öyrənmə prosesinə dəyər verin. Sinif xaricində də idman, incəsənət kimi sosial fəaliyyətlərə yönləndirin. Axşam söhbət və yuxu rutinləri yaradaraq etimad mühiti təmin edin.  ORTA MƏKTƏBDƏ YAŞID MÜNASİBƏTLƏRİ ƏHƏMİYYƏTLİDİR  Yeniyetməliyə keçidin ilk pilləsi olan orta məktəb dövründə isə uşaqların yaşıd münasibətlərinə yönəldiyini dilə gətirən Topak, valideynlərə bu tövsiyələri etdi: Uşağın dostlarını tanıyın ama seçimlərinə hörmət edin. Təzyiq göstərmədən sərhədlər qoyun (ekran vaxtı, yuxu rejimi). Maraq sahələrinə dəyər verərək qəbul edilən bir mühit yaradın.   

Prime Leasing