SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Hüceyrələrin qocalma prosesini gecikdirən vitamin əlavəsi AŞKARLANDI

Hüceyrələrin qocalma prosesini gecikdirən vitamin əlavəsi AŞKARLANDI

ABŞ-da aparılan araşdırmalar D vitamini əlavələrinin hüceyrələrin qocalma prosesini ləngidə biləcəyini aşkar edib.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki,  "The American Journal of Clinical Nutrition"da dərc olunan araşdırma yaşlanma əleyhinə müalicələr üçün yeni ümidlər verib.

Belə ki, 4 il ərzində 1054 nəfərin ağ qan hüceyrələrində "telomer" adlanan genetik strukturların uzunluğunu təqib olunub. Tədqiqatın əvvəlində,  2-ci və 4-cü ilində telomer uzunluğu ölçülən iştirakçılara elm adamları hər gün vitamin D və 1 qram Omeqa-3 yağ turşusu veriblər.

Tədqiqat nəticəsində gündəlik vitamin D əlavəsi qəbul edən insanlarda telomer qısalmasının yavaşladığını və bununla bioloji qocalmanın yavaşladığı üzə çıxıb.

Digər tərəfdən alimlər araşdırmada sınaqdan keçirilən Omeqa-3 əlavəsinin telomer uzunluğuna heç bir təsirinin olmadığını qeyd ediblər.

Qeyd edək ki, araşdırmanın nəticələri olunub.

Prime Leasing