SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Narkotiklərin mədə-bağırsaq üçün yaratdığı bəlalar

Narkotiklərin mədə-bağırsaq üçün yaratdığı bəlalar

Narkotik maddələr yalnız başımızı qarışdırmır, həm də mədə və bağırsağımızı çox zədələyir. Bu orqanlar bizim yeməkləri həzm etdiyimiz, bədənimizin enerji aldığı vacib yerlərdir. Narkotik istifadə etdikdə isə bədənimizdən xəbər gəlir:

 "Məni yaxşı qoru!"

Bu yazıda narkotiklərin həzm prosesinə verdiyi zərəri aydınlaşdırmağa çalışacağıq.

İştah itir, bədən zəifləyir

Narkotiklər insanın qida qəbul etmək istəyini itirir. Bəzən günlərlə heç nə yemir, bəzən də çox ac olur. Nəticədə bədən zəifləyir, dəri solur, güc azalır. Metamfetamin istifadə edən gənc günlərlə yemək yemir, yorğun və halsız olur.

Bağırsaqlar ya çox işləyir, ya da işləmir

Opioidlər kimi bəzi narkotiklər bağırsaqların işini yavaşladır, adamda qəbizlik olur. Digərləri isə əksinə, bağırsaqları tezləşdirir, ishal yaradır.

Misal: Heroin istifadə edən adam 3-4 gün tualetə çıxmaya bilər. Bu da qarında ağrı və narahatlıq gətirir.

Qusma, ürəkbulanma — bədən etiraz edir

Narkotiklər mədəyə zərər verir. Ona görə bəzən insanlarda ürəkbulanma olur.

Misal: Kokain istifadə edən adam mədəsində yanma hiss edir və qusa bilər.

Qarın ağrısı və sancılar

Narkotiklər bağırsaqları zədələyir. Bu, qarın ağrısı və sancılara səbəb olur.

Narkotik istifadəçisi səbəbsiz yerə tez-tez güclü qarın ağrısı çəkir.

Mədə və bağırsaqda qanaxma təhlükəsi

Bəzən narkotiklər mədə və bağırsaqda yara açır, qanaxma baş verir. Bu çox təhlükəlidir və dərhal həkimə müraciət etmək lazımdır.

Narkotiklər bədəni yavaş-yavaş məhv edir. Mədə və bağırsaq da buna tab gətirə bilmir. Ona görə narkotiklərdən uzaq durmaq həyatımızı, sağlamlığımızı qorumaqdır.

Unutmayaq ki, sağlamlıq ən böyük sərvətdir. Onu qormaq üçün pis vərdişlərdən uzaq durmalıyıq.

Məhbubə Mehdiyeva 
Tədqiqatçı-ekspert

Prime Leasing