SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Hər 3 aptekdən birində nöqsanlar aşkarlandı

Hər 3 aptekdən birində nöqsanlar aşkarlandı

  • 03 sentyabr 2026, 22:06

Hər 3 aptekdən birində nöqsanlar aşkarlandı.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Yurd.Media-ya bildirilib ki, qurum tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub:

"Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müavfiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları