SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Həkimlərdən böyrəkdaşına yol açan qidalar barədə XƏBƏRDARLIQ

Həkimlərdən böyrəkdaşına yol açan qidalar barədə XƏBƏRDARLIQ

  • 01 avqust 2026, 23:51

Müəyyən qida məhsullarının mütəmadi qaydada qəbulu böyrəkdə daş formalaşması ehtimalını artırır.

Yurd.Media xəbər verir ki, tibb mütəxəssislərinin açıqlamalarına əsasən, oksalat tərkibli məhsullar – ispanaq, çuğundur, rəvənd, qoz-fındıq və şokolad bu cəhətdən ən riskli qidalar sırasındadır.

Eyni zamanda, gündəlik duz istehlakı normadan yuxarı olduqda sidikdəki kalsium miqdarı artır və bu vəziyyət daş yaranmasına zəmin hazırlaya bilər. Qırmızı ət, balıq və saqqatların (daxili orqan ətlərinin) lazımından çox qəbulu isə sidik turşusu səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

Mütəxəssislər həmçinin qazlı içkilərdə və yarımfabrikatlarda olan fruktozanın böyrək sağlamlığına zərərli təsir göstərdiyini vurğulayırlar. Süni yolla hazırlanmış C vitamini preparatları və şəkər tərkibli qidalar da risk amillərindən hesab olunur.

Qeyd olunmalıdır ki, böyrəkdaşı problemi ilə üzləşən insanlar həkim tövsiyəsi almadan qidalanma rejimində dəyişiklik etməməlidirlər. Daşın tipindən asılı olaraq pəhriz yanaşması fərqlilik göstərə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları