SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Energetik içkidə dərman tərkibindəki maddə AŞKARLANDI

Energetik içkidə dərman tərkibindəki maddə AŞKARLANDI

  • 17 mart 2026, 20:37

Azərbaycana gətirilən energetik içkidən dərman tərkibindəki maddə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Bildirilib ki, məhsul Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olub.

"Faktla bağlı qanunvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib. Həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub", - məlumatda qeyd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları