SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Çay yarpaqlarının yeni faydalı xüsusiyyəti kəşf edilib - ARAŞDIRMA

Çay yarpaqlarının yeni faydalı xüsusiyyəti kəşf edilib - ARAŞDIRMA

ABŞ alimləri çay yarpaqlarının içməli sudakı ağır metalları təmizlədiyini kəşf ediblər.

Yurd.Media” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Norsvestern Universitetinin (Northwestern University) alimləri çay yarpaqlarının dəmləndiyi sudakı toksik ağır metalları təmizləmə qabiliyyətinə malik olduğunu kəşf ediblər. Bu kəşf, çayın depressiyanı azaltmaq və diabet riskini aşağı salmaqla yanaşı, içməli sudakı təhlükəli metal çirklənməsinə qarşı qoruyucu təsir göstərə biləcəyini ortaya çıxarır.

Professor Vinayak Dravid və doktorant Benjamin Şindelin rəhbərlik etdiyi tədqiqat qrupu, müxtəlif çay növlərinin içməli sudakı ağır metal ionlarını nə dərəcədə uzaqlaşdıra bildiyini araşdırmaq üçün geniş miqyaslı bir təcrübə aparıblar.

Alimlər öncə təmiz su nümunələrinə müəyyən miqdarda qurğuşun, xrom, mis, sink və kadmium əlavə edərək suyu qaynama nöqtəsinə yaxın temperaturda qızdırıblar. Daha sonra həm açıq, həm də paketlənmiş müxtəlif çay yarpaqları əlavə edərək suyu bir neçə saniyədən 24 saata qədər müxtəlif müddətlərdə dəmləyiblər.

Orta hesabla bir fincan suda üç-beş dəqiqə dəmlənmiş tək bir çay paketinin sudakı ağır metal konsentrasiyasını təxminən 15% azaltdığı müəyyən edilib. Üstəlik, dəmləmə müddəti uzandıqca çay yarpaqlarının metal ionunu tutmaq qabiliyyəti də artır.

Belə ki, çay yarpaqlarının geniş səth sahəsi sudakı metal ionlarının onlara yapışmasına şərait yaradır. Bu ionlar yarpaqlarda ilişir və çay paketi və ya yarpaqlar atıldıqda sudan tamamilə uzaqlaşır. Ən maraqlısı isə odur ki, bu proses kimyəvi reaksiya tələb etmir, bu səbəbdən də bütün çay növlərində oxşar effektivlik müşahidə edilib.

Alimlər çay paketlərinin materiallarının da bu prosesdə rol oynadığını aşkar edib. Pambıq və neylon çay paketlərinə nisbətən təbii mənşəli bioloji parçalanan sellüloz paketlər daha çox ağır metal ionları udmaq qabiliyyətinə malikdir. Çay yarpaqları ilə yanaşı sellüloz lifləri də böyük aktiv səth sahəsinə malik olduğundan metal ionlarını asanlıqla tuta bilir.

Alimlər bu tapıntılarla çayın geniş miqyaslı su təmizlənməsi üçün istifadəsini təklif etməsələr də, gündəlik çay istehlakının uzunmüddətli sağlamlıq təsirlərinə malik olduğuna diqqət çəkirlər. Professor Benjamin Şindel mövzu ilə bağlı verdiyi açıqlamada "Bir cəmiyyətdə insanlar gündə əlavə bir fincan çay içsələr, zamanla ağır metala məruz qalma ilə əlaqəli xəstəliklərin azalmasını müşahidə edə bilərik" sözlərini deyib.

Prime Leasing