Ofisdə kompüterlə işləyənlərin 80%-i fasilə etmədən çalışırlar. Mütəxəssislər isə hər yarım saatdan bir 2 dəqiqəlik hərəkətdə olmağı məsləhət bilirlər.
Yurd.Media Sabah.com-a istinadən xəbər verir ki, hərəkətsiz yaşamaq kökəlməyə, ürək xəstəliklərinə və metobolizmanın yavaş işləməsinə səbəb ola bilər.
Həkim Ağırman qeyd edir ki, ofis rejimində çalışanların əksəriyyətində bel, boyun ağrıları olur, həmçinin onurğa problemi də yaşanır.
“2 saatdan bir hərəkət etmək – qısa məsafəyə yerimək, sadə idman hərəkətləri daha sağlam qalmağınız üçün vacibdir. Davamlı oturub işləyəndə onurğa əyilə, sümük əriyə, beldə yırtıq əmələ gələ bilər. Qısa müddətlik gəzinti fasiləsi bədənimizi təzələyir, möhkəmləndirir. Xırda detallara diqqət etməklə sağlam yaşamaq mümkündür”.