Türkiyədən gətirilən qida məhsulunda Vitamin B12 olduğu yazılsada laboratoriyada aşkar edilmədi.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Türkiyədən Azərbaycana gətirilmiş "Cosmoactive İlaç Anonim Şirketi"-inin istehsalı olan "Bilgam" TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulu (BAQM) məhv edilib.
Bildirilib ki, məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.