SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu içkilər saç tökülməsinə səbəb olur: ARAŞDIRMA NƏTİCƏLƏRİ

Bu içkilər saç tökülməsinə səbəb olur: ARAŞDIRMA NƏTİCƏLƏRİ

Elm adamları, demək olar ki, hər kəsin istehlak etdiyi bu içkilərin keçəlliyə səbəb olduğunu ortaya çıxarıb.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatlar göstərib ki, qazlı, şəkərli içkilər baş dərisində iltihablı prosesləri sürətləndirir və saç tökülməsinə səbəb olur. Mütəxəssislər qidalanma vərdişlərinin saç sağlamlığına birbaşa təsir etdiyini vurğulayaraq, D vitamini və dəmir çatışmazlığının, həmçinin şəkərli içkilərin istehlakının keçəlləşmə riskini artırdığını izah edib.

"Sinxua" Universitetinin 2023-cü ildə apardığı araşdırma 1000-dən çox gənci araşdırıb. Tədqiqat, həftədə 11 qutudan çox (təxminən 3,5 litr) qazlı içki istehlak edənlərin  keçəlləşmə riskinin artdığını ortaya qoyub. Tədqiqatçılar birbaşa səbəb-nəticə əlaqəsi qurmağın çətin olduğunu, lakin tapıntıların əlavə araşdırmaya ehtiyac olduğunu qeyd ediblər.
Oxşar nəticələr əvvəlki illərdə də ortaya çıxıb.  

Mütəxəssislərin fikrincə, həddindən artıq şəkər istehlakı piy istehsalını artırır, bakteriyaların böyüməsi üçün əlverişli mühit yaradır.

Şəkərli içkilərin mənfi təsiri yalnız saç sağlamlığı ilə məhdudlaşmır. Piylənmə, diş çürüməsi və metabolik pozğunluqlarla əlaqəli olan bu içkilər ümumi sağlamlığa xələl gətirir və saçlara mənfi təsir göstərir.

Alimlər düzgün qidalanmanın saç tökülməsinin qarşısını alan ən mühüm amillərdən biri olduğunu vurğulayıblar.

Prime Leasing