SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Baytarlıq yoxlamasından keçməyən ətlərin dönərxanalara paylanması aşkarlandı - FOTO

Baytarlıq yoxlamasından keçməyən ətlərin dönərxanalara paylanması aşkarlandı - FOTO

  • 01 oktyabr 2026, 15:59

Baytarlıq yoxlamasından keçməyən dönər əti istehsalı müəssisəsi aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexinin fəaliyyəti dayandırılıb.

Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib.

Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb.

Skat.az - Ev və Avtomobil elanları