Bakıda 46 nömrəli şəhər poliklinikası təmir olunacaq.
Bu barədə Yurd.Media-ya İnnovasiya və Təchizat Mərkəzindən məlumat verilib.
Poliklinikanın əsaslı təmir-bərpa və gücləndirmə işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətləri üçün 260 min manat vəsait ayrılıb.
Qeyd edək ki, TƏBİB-in tabeliyində 32 nömrəli birləşmiş şəhər xəstəxanası kimi fəaliyyət göstərmiş bu səhiyyə müəssisəsinin adı 2 il bundan əvvəl dəyişdirilərək 46 nömrəli şəhər poliklinikası olunub.