SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Bağırsaq sağlamlığına ən çox zərər verən QİDALAR AÇIQLANDI

Bağırsaq sağlamlığına ən çox zərər verən QİDALAR AÇIQLANDI

  • 13 may 2026, 23:41

Bağırsaq sağlamlığına ən çox zərər verən qidalar açıqlanıb.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, qastroenteroloqlar mədə-bağırsaq sistemi üçün ən zərərli qida kateqoriyalarından biri ultra emal olunmuş məhsullar olduğunu bildirir. Belə ki, həftədə 500 qramdan çox kolbasa, hot-doq və vetçina kimi emal edilmiş ət məhsullarının istehlakı yoğun və ya düz bağırsağın selikli qişasında yaranan bədxassəli şiş - kolorektal xərçəng riskini artırır.

Mütəxəssislər əlavə edir ki, fast food, çips və şəkərli qazlı içkilər kimi digər ultra emal olunmuş qidalar da bağırsaq sağlamlığına mənfi təsir göstərir. Belə qidalarla zəngin pəhriz bağırsaq mikrobiotasının müxtəlifliyini azaldır. Bu isə həzm problemlərinə, immunitetin zəifləməsinə və iltihabi bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Qastroenteroloqlar həmçinin vurğulayır ki, tərkibində çoxlu qida əlavələri olan məhsullar mədə-bağırsaq sisteminə əlavə zərər verir. Məsələn, süni dadlandırıcılar və bəzi emulsifikatorlar ishala səbəb ola bilər, yüksək şəkər və duz tərkibi isə şişkinlik yaradır.

Bundan başqa, ultra emal olunmuş qidalarda çox miqdarda əlavə edilmiş şəkər və fruktoza bağırsaq hərəkətliliyini poza bilər. Bu isə qarın ağrısı və qazın artması kimi problemlərə gətirib çıxara bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları