SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azad edilmiş ərazilərə nə qədər həkim və tibb işçiləri göndərilib?- RƏSMİ

Azad edilmiş ərazilərə nə qədər həkim və tibb işçiləri göndərilib?- RƏSMİ

  • 21 may 2025, 09:49

Bu günədək azad edilmiş ərazilərdə 82 həkim və orta tibb işçisi işlə təmin olunub. 

Bu barədə Yurd.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə beş xəstəxana, yeddi Ailə Sağlamlıq Mərkəzi (ASM), iki həkim məntəqəsi, bir poliklinika fəaliyyət göstərir.

Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır. Laçın Mərkəzi Rayon Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.

Prime Leasing