Avstraliya və Sinqapurdan olan tədqiqatçıların hesablamalarına əsasən, 2050-ci ilədək planetimizdə yaşayan insanların təxminən yarısı miopiya (yaxınıgörmə) problemi ilə üzləşəcək.
Yurd.Media xəbər verir ki, mütəxəssislər 2 milyondan çox iştirakçını əhatə edən 145 müxtəlif tədqiqatın nəticələrini təhlil ediblər. Məlumatlara görə, 2000-ci ildə dünya əhalisinin 22,9%-i müxtəlif dərəcəli yaxınıgörmədən əziyyət çəkirdi. O vaxtdan bəri bu göstəricilərin davamlı olaraq yüksəlməsi qeydə alınır.
Tədqiqatçıların hesablamalarına görə, mövcud tendensiya davam etdiyi halda 2050-ci ildə yer üzündəki insanların 50%-i miopiya ilə qarşılaşacaq. Üstəlik, onların 10%-dən çoxunda ağır formada miopiya müəyyən ediləcək.