SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Antisanitar şəraitdə ət satılan bazar - VİDEO

Antisanitar şəraitdə ət satılan bazar - VİDEO

  • 07 yanvar 2026, 17:33
Bakı

Bakıda qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinədən (AQTA) Yurd.Media-ya bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Xəyal Fikrət oğlu Rəcəbliyə məxsus "Xəyal" bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.

"Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib", - məlumatda qeyd olunub.

Antisanitar şəraitdə ət satılan bazar - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları