SÜJET
Yardımlı rayonunda çürük elektrik dirəkləri sakinlərə problem yaradır.
Yurd.Media xəbər verir ki, Mirimli və Məlikli kəndlərinin sakinləri neçə ildir ki, bu vəziyyətlə yaşayırlar. Eyni durumda olan digər kəndlər də var.
"AZTV Xəbər" - ə danışan sakinlər bildirirlər ki, illər öncə quraşdırılan elektrik dirəkləri hələ də yenilənməyib:
"Çürük dirəklər səbəbindən işıq üzü görmürük. Neçə dəfə avadanlıqlarım yanıb. Neçə il bundan əvvəl çəkilən taxta dirəklərdir".
Həmçinin çətin hava şəraitində elektrik dirəklərinin aşması, naqillərin qırılması nəticəsində kəndlər uzun müddət işıqsız qalır.
Qeyd edək ki, elektrik dirəklərinin yenilənməsi ilə bağlı "Azərişıq"dan heç bir cavab verilməyib.