SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yeni icra başçısı sürücüsünü də özü ilə apardı

Yeni icra başçısı sürücüsünü də özü ilə apardı

  • 25 noyabr 2025, 15:47
Qax

Qax Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri aparılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Orucov Baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Baş mütəxəssis - sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prime Leasing
SPE Annual Caspian