Ötən il 12 yanacaqdoldurma məntəqəsini (YDM) bağlayan “MS Oil” külli miqdarda borc içindədir.
Yurd.Media “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən “MSDIS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun miqdarı 18 milyon manatı ötüb.
Xatırladaq ki, “MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağıyev Mirfəyyazdır. Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2,5 milyon manatdan 500 manata endirilib. Bu günlərdə isə MMC nizamnamə kapitalının 50 manata azaldığını elan edib.
Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding “MS Sement” sement istehsal müəssisəsinə, “MS Kabel” kabel istehsalı müəssisəsinə, “MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan “MS Karyer” müəssisəsinə, “MS Laminat”şirkətinə və “MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.