SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Yasamalda təhlükəli vəziyyət: Qaz xətti marketin içindən keçir

Yasamalda təhlükəli vəziyyət: Qaz xətti marketin içindən keçir

  • 15 may 2025, 23:43

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasının çox yaxınlığından, həmçinin ərazidəki marketin içərisindən qaz xətti keçir.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, mövcud vəziyyət sakinlərin ciddi narahatlığına səbəb olub.

Onların sözlərinə görə, tikinti işlərini aparan şəxsə dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymur.

"Sözügedən tikilidən narazıyıq. Çünki qaz xəttinin üzərində inşa edilib. Əgər qaz sızması baş versə, bu, ağır fəsadlara yol aça bilər", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, qaz borusunun istiqamətinin dəyişdirilməsi barədə mənzilin sahibi ilə danışıqlar aparılıb. Yaxın müddət ərzində qaz təminatı müvəqqəti dayandırılaraq qaz borusu tikilinin içərisindən çıxarılacaq.

Ətraflı süjetdə:

Prime Leasing