Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

  • 28 aprel 2025, 13:01
Xocalı

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xocalı şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***

Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.

Yurd.Media xəbər verir ki, doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xocalıya qayıdan ailələr:

Bakı şəhərindən - 15 ailə (65 nəfər);

Goranboy rayonundan - 7 ailə (30 nəfər);

Abşeron rayonundan - 3 ailə (12 nəfər);

Ağcabədi rayonundan - 2 ailə (7 nəfər);

Sumqayıt şəhərindən - 2 ailə (6 nəfər);

Gəncə şəhərindən - 1 ailə (6 nəfər);

Qobustan rayonundan - 1 ailə (5 nəfər);

Şirvan şəhərindən - 1 ailə (4 nəfər);

Mingəçevir şəhərindən - 1 ailə (3 nəfər) yola salınıb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.