SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Xəzərin suyunu içməli suya çevirmək üçün daha 20 milyon manat xərclənəcək

Xəzərin suyunu içməli suya çevirmək üçün daha 20 milyon manat xərclənəcək

  • 30 iyul 2026, 19:44

Xəzər dənizinin suyunu içməli suya çevirmək üçün daha 20 milyon manat xərclənəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə 110 kV-luq elektrik veriliş xətlərinin tikintisi və elektrikquraşdırma işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Belə ki, bu işləri “AzElektik Tikinti Quraşdırma” şirkəti həyata keçirəcək.

Sözügedən işlərin icrasına 20 645 330 manat vəsait sərf ediləcək.

Xatırladaq ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan  Respublikasının Prezidentinin 2023-cü il 12 aprel tarixli 3843 nömrəli Sərəncamı və sözügedən Sərəncamın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 aprel tarixli  346s nömrəli Sərəncamı imzalanıb. 

Sərəncamların icrası məqsədilə Sumqayıt şəhərində günlük istehsal gücü 300 000 m³ olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində tikilməsi və 25 il müddətində özəl şirkət tərəfindən idarə edilməsi nəzərdə tutulub.

Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsium 1-ci yeri tutub.

2025-ci ilin 22 sentyabr tarixində layihənin icrası ilə bağlı “Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, fəaliyyəti və saxlanmasına dair dövlət-özəl tərəfdaşlığı müqaviləsi”, “Təmizlənmiş suyun Alqı-Satqı Müqaviləsi”, “İcarə müqaviləsi” və “Dövlət Təminatı Müqaviləsi”, eləcə də 2025-ci ilin 26 dekabr tarixində "Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, fəaliyyəti və saxlanmasına dair dövlət-özəl  tərəfdaşlığı müqaviləsinə 1-ci Düzəliş" müqaviləsi imzalanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları