SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xanlar Vəliyev kollektivə təqdim edildi

Xanlar Vəliyev kollektivə təqdim edildi

  • 14 aprel 2025, 21:07

Bu gün Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.

Daha sonra sədr yeni təyin olunmuş hakim Xanlar Vəliyevi kollektivə təqdim edib.

Prime Leasing