Xankəndidə spirtli içki satan mağazada vaxtı keçmiş mallar satılırmış.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Xankəndi şəhərində fəaliyyət göstərən şərab satışı mağazasında nöqsanlar aşkarlanıb.
Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin, sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.
Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.