Ötən gündən etibarən "WhatsApp" tətbiqi Azərbaycandan olan istifadəçilərə də tətbiq olunacaq yeniliyin bildirişini göndərib.
Yurd.Media xəbər verir ki, artıq istifadəçilər yeni funksiyanı aktivləşdirəcəyi təqdirdə onun telefon nömrəsini yeni kontaktlar görə bilməyəcəklər.
İstifadəçi adları funksiyası rəsmi olaraq bu ilin sonlarında istifadəyə veriləcək, lakin hazırda messencer artıq həmin adları rezerv etməyi təklif edir. Bunu tətbiqin yenilənmiş versiyasında etmək mümkündür: parametrlərə ("Settings") daxil olub, "Hesab" ("Account") və daha sonra "İstifadəçi adı" ("Username") bölməsini seçmək lazımdır.
İstifadəçilər, həmçinin əlavə olaraq xüsusi "şifrə" də təyin edə biləcəklər. Digər şəxslərin sizə mesaj göndərə bilməsi üçün onlar istifadəçi adı ilə yanaşı, həm də bu şifrəni bilməlidirlər. İlkin mərhələdə şifrə qismində dörd rəqəmdən istifadə etmək mümkün olacaq.