SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Vətən müharibəsi zamanı düşmənin hava hədəfləri belə izlənilib - VİDEO

Vətən müharibəsi zamanı düşmənin hava hədəfləri belə izlənilib - VİDEO

  • 04 oktyabr 2026, 19:44

44 günlük Vətən müharibəsi zamanı radar sistemləri mühüm rol oynayıb. Bu sistemlər hava məkanındakı təhdidləri və hədəfləri müəyyənləşdirərək müvafiq bölmələrə məlumat ötürür, bununla da müdafiənin effektivliyini artırır.

Yurd.Media xəbər verir ki, ordunun "görünməz gözü" hesab edilən radar sistemlərinin maksimal aşkarlama məsafəsi 300 kilometrdir.

Bu radiolokasiya stansiyaları vasitəsilə düşmənin helikopterləri, qırıcı təyyarələri və kiçikölçülü pilotsuz uçuş aparatları vaxtında aşkarlanır. Əldə edilən məlumatlar isə zenit-raket komplekslərinə ötürülür.

Vətən müharibəsi zamanı S-300 və digər raket komplekslərinin mövqeləri müəyyənləşdirilib və bu vasitələr zərərsizləşdirilib.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Vətən müharibəsi zamanı düşmənin hava hədəfləri belə izlənilib - VİDEO
Skat.az - Ev və Avtomobil elanları