SÜJET
Ukraynadan Azərbaycana uşaqların növbəti qrupu göndərilib.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X"də yazıb.
O, dəstəyə görə Azərbaycanın Moldovadakı səfirliyinə təşəkkür edib.
Diplomat bildirib ki, reabilitasiya proqramı çərçivəsində indiyədək 360 uşaq Azərbaycana gətirilib.
Qeyd edək ki, iyulun 1-də Ukraynanın Sumı vilayətindən uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.
New group of Ukrainian children 🇺🇦departed to Baku today under the children rehabilitation programme offered by Azerbaijan 🇦🇿. Grateful to my colleagues @AzEmbUkraine and @AzembassyM who facilitated smooth departure from Chisinau. So far 360 🇺🇦 children have joined the programme. pic.twitter.com/2r7ZLN21zB
— Seymur Mardaliyev (@SMardaliyev) August 4, 2025