SÜJET
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Qarabağ işğaldan azad olundu.
Yurd.Media xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
Səfirin sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev uzaqgörən lider idi:
"Onun sayəsində Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad olundu. Onun da dediyi kimi Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət"dir. Biz Heydər Əliyevi hər zaman sevgi və hörmətlə anırıq".