SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun var

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun var

  • 10 may 2025, 15:29

Azərbaycan Premyer Liqasının 34-cü turunda bu gün daha iki oyun keçiriləcək.

Yurd.Media xəbər verir ki, saat 17:00-da “Səbail” - “Zirə” oyunu başlayacaq

“Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.

Günün ikinci oyununda Tovuzda “Turan Tovuz” “Neftçi” ilə qarşılaşacaq. Oyuna saat 19:30-da start veriləcək.

Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.

Qeyd edək ki, 34-cü turun ilk oyununda dünən "Sabah" "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.

Prime Leasing