SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Əsgərlərin valideynlərlə görüşü müvəqqəti olaraq qadağan edildi

Əsgərlərin valideynlərlə görüşü müvəqqəti olaraq qadağan edildi

  • 10 sentyabr 2025, 18:06

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Yurd.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.

Prime Leasing