“Turan Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisindən kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Turan Bank” ASC Ağdam Rayon Məhkəməsində qarşı iddia qaldıraraq bildirib ki, müştərisi Könül Quliyeva ilə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 17 faizlə, 12 min manat kredit verib.
İddiaçı ilə digər cavabdeh Faiq Quliyev arasında isə zaminlik müqaviləsi bağlanıb və o K. Quliyevanın götürdüyü kreditin ödənilməsi öhdəlikləri öz üzərinə götürüb.
K. Quliyeva 18 iyul 2025-ci ildə vəfat edib, onun vərəsəsi aşkar edilməyib. K. Quliyevanın kredit borcu ödənilməmiş qaldığını qeyd etməklə, cavabdeh F. Quliyevdən “Turan Bank” ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 5650 manat əsas, 32 manat faiz, 35 manat cərimə olmaqla - cəmi 5717 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 77 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Məhkəmə iddianı təmin edib, Faiq Quliyevdən tələb olunan məbləğin ödənilməsi barədə qətnamə çıxarılıb.